Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İmişli rayon sakini Bayram Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırılaraq müsbət yöndə həll olunmasına görə DİN rəhbərliyinə və İmişli RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Zərdab rayon sakini Coşqun Abdullayev üzləşdiyi problemlə bağlı etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Simral Zeynallı Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sabirabad rayon sakini Vüsalə Hacıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus fərdi yaşayış evindən edilən oğurluq hadisəsinin obyektiv araşdırıldığına və hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsinə görə RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi, Abşeron rayon sakini Bəsti Eynəliyeva üzləşdiyi dələduzluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Leyla Abbasova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Telman Həsənov təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq edən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş İntiqam Bağırov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Ağdaş şəhər sakini Tural Bayramov özünün də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlıq edir.