Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Gülağa Feyzullayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN-in Tibb İdarəsinin və 1 saylı Poliklinikanın rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Hikmət Müseyibzadə müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Markos Abbasov aparılan araşdırmadan razılıq edir və ona dəymiş ziyanın ödətdirilməsinə görə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Yaşar Şəfiyev baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı aparılan obyektiv araşdırmaya və göstərilən köməkliyə görə Nərimanov RPİ TŞ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Nizami Qasımov keçirdiyi avtoqəzadan sonra ona göstərilən bütün lazımi köməkliklərə, yüksək diqqət və qayğıya görə Pirallahı RPİ-nin kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Cavid Muxtarov yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və ona göstərilən xoş münasibətə görə Nərimanov RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aynur Məmmədova baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya, eyni zamanda ona göstərilən yüksək diqqət və qayğıya görə Nərimanov RPİ TŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Akif Ağayev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov RPİ-nin rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Seyfəddin Köçərli tanışının ona olan borcunu qaytarmadığı barədə etdiyi müraciətinin operativ və obyektiv araşdırıldığına, pulunun geri qaytarılmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.