Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.11.2024 - Vətəndaş Rəşad Nəcəfov
Vətəndaş Rəşad Nəcəfov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə bağlı aparılan obyektiv araşdırmalara və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Naxçıvan MR Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
20.11.2024 - Vətəndaş Əjdər Mehdiyev
Vətəndaş Əjdər Mehdiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə başda DİN-in rəhbərliyi olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.11.2024 - Vətəndaş Dürdanə Abulova
Vətəndaş Dürdanə Abulova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə göstərilən obyektivliyə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.11.2024 - Saatlı rayon sakini Mehman Mahmudov
Saatlı rayon sakini Mehman Mahmudov DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
20.11.2024 - Salyan rayon sakini Gülnaz Cavadova
Salyan rayon sakini Gülnaz Cavadova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
19.11.2024 - Vətəndaş Həmidə Babayeva
Vətəndaş Həmidə Babayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etibarından sui-istifadə edərək pulunu ələ keçirən şəxsin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb olunmasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.
19.11.2024 - Vətəndaşlar Rəhim Rəhimov və Kamil Səmədzadə
Vətəndaşlar Rəhim Rəhimov və Kamil Səmədzadə DİN-in rəsmi “instagram” səhifəsinə ünvanladıqları təşəkkür məktublarında müraciətləri ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiklərinə, vətəndaş məmnunluğunun təmin olunmasına görə minnətdarlıqlarını ifadə edirlər.
19.11.2024 - Masallı rayon sakini Abbas Novruzov
Masallı rayon sakini Abbas Novruzov iribuynuzlu heyvanını oğurlayan şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunmasına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.11.2024 - Vətəndaş Əfsanə Hüseynova
Vətəndaş Əfsanə Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.