Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.12.2024 - Quba rayon sakini Toğrul Ələkbərov
Quba rayon sakini Toğrul Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
12.12.2024 - Bakı şəhər sakini Ülkər Qədimova
Bakı şəhər sakini Ülkər Qədimova müraciətində üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunduğuna görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.12.2024 - Vətəndaş Fuad Cəfərov
Vətəndaş Fuad Cəfərov reklam çarxının çəkilişi üçün müraciətinə çevik reaksiya verərək göstərilən köməkliyə görə DİN-in Mətbuat Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.
12.12.2024 - Sosial şəbəkə istifadəçisi Emil İbrahimov
Sosial şəbəkə istifadəçisi Emil İbrahimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.12.2024 - Sosial şəbəkə istifadəçisi Ayət Şiriyev
Sosial şəbəkə istifadəçisi Ayət Şiriyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına və hüquqlarının ona izah edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.12.2024 - Abşeron rayon sakini Zaur Səfərov
Abşeron rayon sakini Zaur Səfərov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.12.2024 - Quba rayon sakini Elnur İsayev
Quba rayon sakini Elnur İsayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2024 - Bakı şəhər sakini Gülbaba Hacızadə
Bakı şəhər sakini Gülbaba Hacızadə avtomobilində nasazlıq olması səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə görə Quba RPŞ-nin DYP Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2024 - Oğuz rayon sakini Sevinc Qədirova
Oğuz rayon sakini Sevinc Qədirova xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Oğuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.