Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.04.2023 - Salyan rayon sakini Nazim Bədəlov
Salyan rayon sakini Nazim Bədəlov DİN-ə ünvanladığı təşəkkür məktubunda qanunsuz olaraq idarə olunan nəqliyyat vasitəsinin saxlanılması ilə bağlı müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.04.2023 - İsmayıllı rayon sakini Namət Mirzəyev
İsmayıllı rayon sakini Namət Mirzəyev oğlunun daxili işlər orqanlarında xidmətə qəbul edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.04.2023 - Vətən müharibəsi iştirakçısı Ramin Həşimov
Vətən müharibəsi iştirakçısı Ramin Həşimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qazilərə göstərdikləri diqqət və qayğıya görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.04.2023 - Balakən rayon sakini Amin Rəsulov
Balakən rayon sakini Amin Rəsulov müraciətinin müsbət həllinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.04.2023 - İsmayıllı rayon sakini Elman Xəlilov
İsmayıllı rayon sakini Elman Xəlilov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.04.2023 - Mingəçevir şəhər sakini Namiq Mamedov
Mingəçevir şəhər sakini Namiq Mamedov təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.04.2023 - Vətəndaş Eldar Kərimov
Vətəndaş Eldar Kərimov ona göstərdikləri köməkliyə görə yol polisi əməkdaşlarına minnətdarlığını bildirir.
05.04.2023 - Vətəndaş Aygün Xalıqova
Vətəndaş Aygün Xalıqova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda belə humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.04.2023 - Cəlilabad rayon sakini Bəhruz Əliyev
Cəlilabad rayon sakini Bəhruz Əliyev üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.