Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.01.2025 - Vətəndaş Ləman Şabanova
Vətəndaş Ləman Şabanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, üzləşdiyi problemlə bağlı müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Metropolitendə Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.01.2025 - Vətəndaş Aytən Babayeva
Vətəndaş Aytən Babayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə çevik reaksiya verilməsinə və müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.01.2025 - Vətəndaş Emil Faiqoğlu
“Ədalət” qəzetində vətəndaş Emil Faiqoğlunun müəllifi olduğu “Çevik Polis Alayı dövlətə və xalqa sədaqətlə xidmət edir” başlıqlı məqalə dərc olunub. Müəllif məqalədə gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan Azərbaycan polisinin xidməti fəaliyyətindən bəhs edir.
08.01.2025 - Vətəndaş Mirəziz Əzizov
Vətəndaş Mirəziz Əzizov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, Su İdman Kompleksinin yaxınlığında bir nəfərin övladının səhhətində problem yarandığına görə xəstəxanaya çatdırılması üçün yaxınlıqda olan polis əməkdaşlarına müraciət etdiyini yazır. Polis əməkdaşlarının müşaiyəti ilə azyaşlı qısa müddətdə xəstəxanaya çatdırılıb.
M.Əzizov humanistliyə, xidməti vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə həmin azyaşlının atasının adından Səbail RPİ-nin Yol-Patrul Xidməti əməkdaşlarına təşəkkürünü bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.
08.01.2025 - Vətəndaş Asif Umudov
Vətəndaş Asif Umudov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.01.2025 - Sosial şəbəkə istifadəçisi Simarə Mustafayeva
Sosial şəbəkə istifadəçisi Simarə Mustafayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
07.01.2025 - Şəki rayon sakini Bahəddin Süleymanov
Şəki rayon sakini Bahəddin Süleymanov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.01.2025 - Zaqatala rayon sakini Taleh Vəliyev
Zaqatala rayon sakini Taleh Vəliyev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
07.01.2025 - İsmayıllı rayon sakini Fərahim Səmədov
İsmayıllı rayon sakini Fərahim Səmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.