Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.08.2020 - Astara rayonunun Ərçivan qəsəbə sakini Elnur Zeynalov DİN-ə ünvanladığı...
Astara rayonunun Ərçivan qəsəbə sakini Elnur Zeynalov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda rayon ərazisində cinayətkarlığa, xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə apardıqlarına görə DİN rəhbərliyinə və Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
31.08.2020 - DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Vüqar Məmmədov...
DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Vüqar Məmmədov (nicheperfumes_azerbaijan) səhifəyə mesaj yazaraq itmiş sənədlərinin ƏÇPA-nın əməkdaşı tərəfindən tapılaraq ona təhvil verilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
28.08.2020 - Bakı şəhər sakini Can Kamal üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə...
Bakı şəhər sakini Can Kamal üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
28.08.2020 - Bakı şəhər sakini Sevda Nağıyeva bakalavr diplomunun itməsi ilə əlaqədar...
Bakı şəhər sakini Sevda Nağıyeva bakalavr diplomunun itməsi ilə əlaqədar müraciətinə operativ şəkildə baxıldığına, eyni zamanda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.08.2020 - Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini Məmmədağa Şiriyev DİN...
Masallı rayonunun Ərkivan qəsəbəsinin sakini Məmmədağa Şiriyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində sərgilədikləri fədakar əməyə və yüksək xidmətə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
27.08.2020 - Astara şəhər sakini Rasim Bayramov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara şəhər sakini Rasim Bayramov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarından razılığını ifadə edir.
26.08.2020 - Biləsuvar rayon sakini Əhədağa Əliyev rayonda qanunun aliliyinin, ictimai...
Biləsuvar rayon sakini Əhədağa Əliyev rayonda qanunun aliliyinin, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Biləsuvar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
26.08.2020 - Quba rayon sakini Habil Fərzəliyev də rayonda qanunun aliliyinin, ictimai...
Quba rayon sakini Habil Fərzəliyev də rayonda qanunun aliliyinin, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.
25.08.2020 - Xaçmaz rayon sakini Elnur Qəribov üzləşdiyi problem ilə əlaqədar etdiyi...
Xaçmaz rayon sakini Elnur Qəribov üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.