Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.03.2019 - Bakı şəhər sakini Pərviz Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Bakı şəhər sakini Pərviz Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda qardaşı, Dövlət Sərhəd Xidmətinin zabiti Gündüz Həsənovu vaxtında Gəncə Beynəlxalq Xəstəxanasına çatdırdığına görə həmkarlarımıza minnətdarlığını ifadə edir.
15.03.2019 - Bakı şəhərində müvəqqəti məskunlaşan Xocalı rayon sakinləri Nazilə Mirzəyeva...
Bakı şəhərində müvəqqəti məskunlaşan Xocalı rayon sakinləri Nazilə Mirzəyeva və Şikar Hüseynov daxili işlər orqanlarında xidmət edən övladlarına göstərdiyi etimada və səmimi münasibətə görə Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Səhlab Bağırova təşəkkürlərini bildirirlər.
15.03.2019 - Bakı şəhər sakini Zaur Allahverdiyev taksidə unutduğu telefonunun qısa zaman...
Bakı şəhər sakini Zaur Allahverdiyev taksidə unutduğu telefonunun qısa zaman kəsiyində tapılmasında göstərdikləri köməkliyə görə Xətai RPİ 34 Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.03.2019 - Beyləqan rayon sakini Anar Zeynalov cinayətkar qrup və dəstələrin ifşa edilib...
Beyləqan rayon sakini Anar Zeynalov cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində vəzifə borclarının öhdəsindən layiqincə gələn RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə xidmətlərində uğurlar arzulayır.
15.03.2019 - “AHEC” MMC-nin direktoru İsmayıl Orucov üzləşdiyi problemin həllində...
“AHEC” MMC-nin direktoru İsmayıl Orucov üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
15.03.2019 - Şirvan şəhər sakini Elçin Məmmədov “reket” jurnalistik fəaliyyəti, həmçinin...
Şirvan şəhər sakini Elçin Məmmədov “reket” jurnalistik fəaliyyəti, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutulub ifşa olunmasında göstərdikləri qətiyyətə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.03.2019 - Şəmkir rayon sakini, İ.Məmmədov adına Qapanlı kənd orta məktəbinin müəllimi...
Şəmkir rayon sakini, İ.Məmmədov adına Qapanlı kənd orta məktəbinin müəllimi Müşgünaz Həsənova daxili işlər orqanlarında gənclərə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
15.03.2019 - Onlar üçün ayrılmış yeni inzibati otağa, problemlərinin həllində göstərdiyi...
Onlar üçün ayrılmış yeni inzibati otağa, problemlərinin həllində göstərdiyi köməkliyə görə polis veteranları Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradova təşəkkürlərini bildirirlər.
15.03.2019 - Bakı şəhər sakini Şakir Abdullayev ona dəymiş ziyanın ödətdirilməsində...
Bakı şəhər sakini Şakir Abdullayev ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə və öz vəzifə borcunun öhdəsindən layiqincə gəldiyinə görə Sabunçu RPİ İstintaq şöbəsinin müstəntiqi Elxan Hacıyevə minnətdarlığını bildirir.