Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ucar rayon sakini Vüsal Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.

Laçın rayon sakini Ləzifə Əhmədova DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Şahin Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Şəhid atası, Quba rayon sakini Alim Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda nəvəsinin daxili işlər orqanlarında xidmətə qəbul edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, daxili işlər orqanlarında gənc əməkdaşlara, o cümlədən Şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edir. 

Bakı şəhər sakini Dədəverdiyev İntiqam Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Yaşar Əsgərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasındakı fəal iştirakına və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə  minnətdarlığını bildirir.   

Laçın rayon sakini Famil İsayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qeyd edir ki, Şuşa şəhərində olarkən ağır hərəkət məhdudiyyəti olduğundan gəzməkdə çətinlik çəkirmş. Orada o  polis əməkdaşlarının köməkliyi ilə Cıdır düzünə qalxıb və Şuşa şəhərini gəzib. Şuşa RPİ-nin əməkdaşlarının xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, vətəndaşlarla səmimi  münasibətə və onlara göstərilən köməkliyə görə minnətdarlığını ifadə edir.   

Sosial şəbəkə izləyicisi Raksana Vəliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və səmmi qəbula görə Binəqədi RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini  Əlişan Qurbanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.