Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.10.2022 - Abşeron rayon sakini İkram Rəhimov
Abşeron rayon sakini İkram Rəhimov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.
13.10.2022 - Sosial şəbəkə istifadəçisi Sərxan Nizamov
Sosial şəbəkə istifadəçisi Sərxan Nizamov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.
13.10.2022 - Sosial şəbəkə istifadəçisi Ceyhun Sadıqov
Sosial şəbəkə istifadəçisi Ceyhun Sadıqov sağlamlığına xəsarət yetirən şəxslər barəsində qanuni müvafiq tədbirlərin görülməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ 20-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
13.10.2022 - Vətəndaş Züleyxa Əhmədzadə
Vətəndaş Züleyxa Əhmədzadə iş zamanı kirayəşininə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal RPİ 29-cu Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.
13.10.2022 - Bakı şəhər sakini Qumru Məmmədova
Bakı şəhər sakini Qumru Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mülki-hüquqi öhdəliklərdən yayınma faktı ilə bağlı müraciətinə operativ baxıldığına və obyektiv araşdırılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Sabunçu RPİ 12-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.10.2022 - Vətəndaş İlham Hacalı
Vətəndaş İlham Hacalı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, etdiyi müraciətə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə və Qazax RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
13.10.2022 - Bakı şəhər sakini Günel Məmmədli
Bakı şəhər sakini Günel Məmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 7-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.10.2022 - Bakı şəhər sakini Nurana Mamedli
Bakı şəhər sakini Nurana Mamedli məktubunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətə çevik baxıldığını, araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.10.2022 - Vətəndaş Xatun Etibarqızı
Vətəndaş Xatun Etibarqızı “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, Corat qəsəbəsində narkotik aludəçisi olan 2 qardaşın yaşlı analarına qarşı qanunsuz hərəkətlərə yol vermələri ilə bağlı hesabında paylaşaraq ictimailəşdirdiyi posta Daxili İşlər Nazirliyindən çevik reaksiya verildiyini və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlərin həyata keçirildiyini yazır.
X.Etibarqızı sosial neqativ halla bağlı paylaşdığı məlumata çevik reaksiya verilməsinə və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə, Nazirliyin Mətbuat Xidmətinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.