Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini Aqil Pənahov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda sahibi olduğu obyektdən külli miqdarda pul oğurlayan şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsinə görə Cəlilabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Lerik rayon sakini Üzeyir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin etibarlı şəkildə qorunmasına, həmçinin rayondakı şəhid ailələri və qazilərə göstərilən diqqətə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Əkbər Sadiyev özünün sosial şəbəkədəki paylaşımında vətəndaşların hüquq və azadlıqlarının, ictimai asayişin etibarlı şəkildə qorunmasına görə DİN rəhbərliyinə və Yardımlı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Yaşar Kərəmov öz təşəkkür məktubunda yollarda hərəkətin təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına və bu istiqamətdə təşkil olunan nəzarət-profilaktik tədbirlərə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə və şöbənin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Qusar rayon sakini Cavanşir Nəzirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Qusar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Fərrux Hüseynov üzləşdiyi problem ilə əlaqədar ona köməklik göstərilməsinə görə  DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Qoşqar Musayev övladının DİO-da xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Goranboy rayon sakini Amil İbrahimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Goranboy RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Uğurlu Əsədov və Habil Məmmədov üzləşdikləri oğurluq hadisəsi ilə əlaqədar etdikləri müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürlərini bildirirlər.