Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.04.2025 - Naxçıvan Muxtar Respublikası Şahbuz rayon sakini Əzbər Quliyev
Naxçıvan Muxtar Respublikası Şahbuz rayon sakini Əzbər Quliyev məktubunda müraciəti üzrə obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.04.2025 - Vətəndaş Sahib Əsgərov
Vətəndaş Sahib Əsgərov məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.04.2025 - Vətəndaş Nəriman Vəliyev
Vətəndaş Nəriman Vəliyev məktubunda müraciətinə operativ baxılmasına və aparılan obyektiv araşdırmalara görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.04.2025 - Vətəndaş Nərman Süleymanlı
Vətəndaş Nərman Süleymanlı məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.04.2025 - Vətəndaş Rüstəm Rüstəmov
Vətəndaş Rüstəm Rüstəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını ifadə edir.
11.04.2025 - Vətəndaş İnqilab Əsgərov
Vətəndaş İnqilab Əsgərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və obyektiv araşdırılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.04.2025 - Vətəndaş Azər Allahverdiyev
Vətəndaş Azər Allahverdiyev müraciətinə operativ və obyektiv baxılmasına, ona hüquqi izahın verilməsinə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.04.2025 - Vətəndaş Nurlanə Bilir
Vətəndaş Nurlanə Bilir DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.04.2025 - Vətəndaş Günel Ağayeva
Vətəndaş Günel Ağayeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.