Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.04.2023 - Naxçıvan MR Babək rayon sakini Coşqun Həsənov
Naxçıvan MR Babək rayon sakini Coşqun Həsənov DİN-ə ünvanladığı təşəkkür məktubunda qaynanasına məxsus pulqabının itməsi ilə əlaqədar etdiyi müraciətə operativ baxılmasına və pulqabının tez bir zamanda tapılmasında göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
14.04.2023 - Bakı şəhər sakini Elmir Verdiyev
Bakı şəhər sakini Elmir Verdiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda ona qarşı törədilmiş dələduzluq faktıyla əlaqədar etdiyi müraciətə çevik reaksiya verilməsinə, operativ baxılmasına və dələduzluğu törətmiş şəxsin saxlanılmasına görə Nəsimi Rayon Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
14.04.2023 - Bakı şəhər sakini Rauf Sultanov
Bakı şəhər sakini Rauf Sultanov DİN-ə ünvanladığı təşəkkür məktubunda aparılan kadr ıslahatlarından razılıq edir, müraciətinə həssas yanaşılmasına, diqqət və qayğıya görə Bakı Baş Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.
14.04.2023 - Sumqayıt şəhər sakini Hüsniyyə Allahverdiyeva
Sumqayıt şəhər sakini Hüsniyyə Allahverdiyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan azyaşlı övladının naməlum şəraitdə itməsi ilə əlaqədar etdiyi müraciətə həssas yanaşılmasına, göstərilən diqqətə və övladının tez bir zamanda tapılmasında göstərilən köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını bildirir.
13.04.2023 - Sosial şəbəkə izləyicisi İman Şakirzadə
Sosial şəbəkə izləyicisi İman Şakirzadə təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar diləyir.
13.04.2023 - Sosial şəbəkə izləyicisi Səyyad Ağayev
Sosial şəbəkə izləyicisi Səyyad Ağayev təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar diləyir.
13.04.2023 - Sosial şəbəkə izləyicisi Elçin Əsədov
Sosial şəbəkə izləyicisi Elçin Əsədov müraciətinə operativ şəkildə baxılaraq onu narahat edən məsələnin nəzarətə götürülərək müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nizami RPİ 24-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.
13.04.2023 - Bir qrup vətəndaş Pərviz Əmirbalayev, Müqəddəs Mehdiyev, Ellada Bayramova
Bir qrup vətəndaş Pərviz Əmirbalayev, Müqəddəs Mehdiyev, Ellada Bayramova ünvanladıqları təşəkkür məktublarında müraciətlərinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə, eyni zamanda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.
13.04.2023 - Sosial şəbəkə izləyicisi Xanım Məlikzadə
Sosial şəbəkə izləyicisi Xanım Məlikzadə təşəkkür məktubunda müraciətinə operativ reaksiya verərək, oğurlanmış çantasının tapılaraq özünə qaytarılmasında göstərdikləri köməkliyə görə Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.