Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Şərafət Babayeva müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Sahib Mustafazadə baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə BBPİ DYPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakinləri - Türkay Quliyev, Yuliya İsayeva, Seymur Ağalı və Rəşad Hacıyev Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarında paytaxt ərazisində üzləşdikləri yol-nəqliyyat hadisələri ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən peşəkar, operativ və obyektiv araşdırma aparıldığını qeyd edərək məmnunluqlarının təmin edilməsinə görə DİN-in və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə, eləcə də əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Aytən Kişiyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında pul vəsaitinin oğurlanması ilə bağlı müraciətinə operativ baxıldığını, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir. 
A.Kişiyeva müraciətinə həssaslıqla yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Səyyad Məmmədov məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Seymur Vəliyev məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən, ictimai asayişi ayıq-sayıq qoruyan Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Fikrət Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini,  müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Pərviz Abdullayev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini,  müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şahbuz rayon sakini Behbud Behbudlu Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciəti ilə əlaqədar Şahbuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə və müraciətinin müsbət həll olunmasında göstərilən köməklik üçün Şahbuz RPŞ əməkdaşlarına təşəkkürünü bildirir.