Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elşad Dadaşov məktubunda səhhəti ilə əlaqədar yaranan narahatlığa görə avtomobilini yolun kənarında saxladığını görən polis əməkdaşlarının dərhal zəruri müdaxilələr etdiyini bildirərək göstərilən diqqət və qayğıya, həmçinin humanist yanaşmaya görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Günel Nağıyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şirvan şəhər sakini, Vətən Müharibəsi qazisi Emin Hətəmov DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Zərdab rayon sakini Əfəndi Umudlu etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Esmira Orucova Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. 

Vətəndaş Polad Qurbanov hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Elnur Cəfərov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. 

Sumqayıt şəhər sakini Fəzail Ağakişiyev sosial məişət probleminin həllində ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Qubadlı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Fərid Ağayev rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasına görə DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirən Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.