Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Anar Qəribov pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Xəzər Rayon Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Zeynalabdin Məmmədov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elxan Meyyubov şikayətinə operativ baxılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaşlar Etibar Məmmədov və İlqar Məmmədov DİN-in “Instagram” səhifəsinə ünvanladıqları təşəkkür mesajlarında üzləşdikləri yol-nəqliyyat hadisəsi zamanı onlara göstərilən köməkliyə, həmçinin diqqət və qayğıya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Ağcabədi rayon sakini Kənan Quliyev DİN-ə ünvanladığı məktubunda müraciəti müsbət həll olunduğu üçün DİN rəhbərliyinə təşəkkür edir.

Ağcabədi rayon sakini Xalıq Səlimov DİN-ə ünvanladığı məktubunda müraciəti müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Beyləqan rayon sakini Məzahir Əliyev DİN-ə ünvanladığı mətubunda müraciəti müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir. 

Ağcabədi rayon sakini Asim Əliyev DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Rüfət Novruzov DİN-ə ünvanladığı məktubunda müraciəti müsbət həll olunduğu üçün DİN rəhbərliyinə minnətdarlıq edir.