Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.12.2024 - Sosial şəbəkə istifadəçisi Ramin Quliyev
Sosial şəbəkə istifadəçisi Ramin Quliyev müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.12.2024 - Sosial şəbəkə istifadəçisi Amalya Mirzəzadə
Sosial şəbəkə istifadəçisi Amalya Mirzəzadə baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Pirallahı RPİ-nin kollektivinə minnətdarlıq edir.
25.12.2024 - Quba rayon sakini Taryel Ağasiyev
Quba rayon sakini Taryel Ağasiyev Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2024 - Xaçmaz rayon sakini Mirzəmməd Mirzəcanov
Xaçmaz rayon sakini Mirzəmməd Mirzəcanov Quba rayonunda olarkən qarlı hava şəraiti ilə əlaqədar üzləşdiyi probemlə bağlı ona göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2024 - Şəhid atası olan Quba rayon sakini Bayram Bayramov
Şəhid atası olan Quba rayon sakini Bayram Bayramov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Xaçmaz RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2024 - Quba rayon sakini Eynulla Hacıyev
Quba rayon sakini Eynulla Hacıyev müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2024 - Quba rayon sakini Müqəddəs Məmmədseyidov
Quba rayon sakini Müqəddəs Məmmədseyidov toy məclisində baş vermiş münaqişə ilə bağlı etdiyi müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.12.2024 - Sumqayıt şəhər sakini Təranə Əliyeva
Sumqayıt şəhər sakini Təranə Əliyeva Quba rayon avtovaqzalında olarkən səhhətinin pisləşdiyi zaman göstərilən köməkliyə görə Quba RPŞ-nin PPX Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
25.12.2024 - Quba rayon sakini Benyamin Aqarunov
Quba rayon sakini Benyamin Aqarunov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.