Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.03.2025 - Azad Rzayev başda olmaqla bir qrup Keşlə qəsəbə sakinləri
Azad Rzayev başda olmaqla bir qrup Keşlə qəsəbə sakinləri xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nizami Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
17.03.2025 - Sosial şəbəkə istifadəçisi Həlimə Fətullazadə
Sosial şəbəkə istifadəçisi Həlimə Fətullazadə itirdiyi pul kisəsinin tez bir zamanda tapılaraq ona təhvil verilməsinə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
17.03.2025 - Sosial şəbəkə istifadəçisi Elvin Quliyev
Sosial şəbəkə istifadəçisi Elvin Quliyev baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
17.03.2025 - Bakı şəhər sakini Arif Nəzərov
Bakı şəhər sakini Arif Nəzərov müraciətinin obyektiv və hərtərəfli araşdırılmasına görə BBPİ İstintaq və Təhqiqat İdarəsinin kollektivinə minnətdarlıq edir.
17.03.2025 - Vətəndaş Arif Nəsibov
Vətəndaş Arif Nəsibov müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
17.03.2025 - Bakı şəhər sakini Abbas Sadizadə
Bakı şəhər sakini Abbas Sadizadə məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
17.03.2025 - Vətəndaş Nizami Daleiubov
Vətəndaş Nizami Daleiubov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.03.2025 - Vətəndaş Eldəniz Yusubov
Vətəndaş Eldəniz Yusubov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.03.2025 - Vətəndaş Səmayə Məhərrəmova
Vətəndaş Səmayə Məhərrəmova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə aparılan obyektiv araşdırmalara görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.