Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Rahib Əsədli içərisində sənəd və digər əşyaları olan çantasının oğurlanması ilə bağlı müraciətinə operativ şəkildə baxılaraq oğurluq hadisəsini törətmiş şəxsin qısa müddətdə saxlanılıb məsuliyyətə cəlb edilməsinə görə Nəsimi RPİ-nin kollektivinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Bəxtiyar Əmirbəyov məktubunda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən görülən tədbirlərin təqdirəlayiq olduğunu qeyd edir. 
B.Əmirbəyov DİN rəhbərliyinə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Elnur Babayev məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elvin Kərimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Goranboy rayon sakini Rasif Rzayev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaşlar Elnarə İbrahimli və Təhminə Qənbərli DİN-ə ünvanladıqları məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Polisinə minnətdarlıq edir.

Gəncə şəhər sakinləri Rasim Əhmədov, Əli Quliyev və Qiyas Şirinov müraciətləri ilə əlaqədar məsələnin müsbət həllini tapmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkürlərini bildirirlər.

Vətəndaş Ramal İsayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına və aparılan obyektiv araşdırmalara görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aynur Həbibli məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunmasına görə Xətai RPİ-nin 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.