Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.05.2025 - Vətəndaş Xəyal Dadaşov
Vətəndaş Xəyal Dadaşov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
30.05.2025 - Bakı şəhər sakini Nərgiz Məmmədova
Bakı şəhər sakini Nərgiz Məmmədova müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.05.2025 - Vətəndaş Fərid Əliyev
Vətəndaş Fərid Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.05.2025 - Binəqədi rayon sakini Hakim Babayev
Binəqədi rayon sakini Hakim Babayev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.05.2025 - Bakı şəhər sakini Cavid Qəniyev
Bakı şəhər sakini Cavid Qəniyev məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.05.2025 - Abşeron rayon sakini Sabir Şabizadə
Abşeron rayon sakini Sabir Şabizadə məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını ifadə edir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
30.05.2025 - Vətəndaş Nərmin Əsgərzadə
Vətəndaş Nərmin Əsgərzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.05.2025 - Vətəndaş Kamran Əsədov
Vətəndaş Kamran Əsədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.05.2025 - Vətəndaş Murad Xəlilov
Vətəndaş Murad Xəlilov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.