Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
04.06.2025 - Masallı rayon sakini Nəcibə Əskərova
Masallı rayon sakini Nəcibə Əskərova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə həll edilərək ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin edildiyinə görə minnətdarlığını bildirir.
04.06.2025 - Vətəndaş Gülnaz Əliyeva
Vətəndaş Gülnaz Əliyeva məktubunda müraciəti ilə bağlı məsələyə həssaslıqla yanaşılmasına və qısa zamanda müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
04.06.2025 - Vətəndaş Anar Səmədov
Vətəndaş Anar Səmədov Xəzər rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla və obyektiv araşdırılmasına görə təşəkkürünü bildirir.
04.06.2025 - Vətəndaş Zərintac İsmayılova
Vətəndaş Zərintac İsmayılova məktubunda müraciətinə Qaradağ Rayon Polis İdarəsində operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
03.06.2025 - Vətəndaş Məhərrəm Mirzəyev
Vətəndaş Məhərrəm Mirzəyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.06.2025 - Bakı şəhər sakini Elvin Surətov
Bakı şəhər sakini Elvin Surətov məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.06.2025 - Vətəndaş Çiçək Aslanova
Vətəndaş Çiçək Aslanova məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.06.2025 - Vətəndaş Rəsmiyyə Mehtiyeva
Vətəndaş Rəsmiyyə Mehtiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.06.2025 - Bakı şəhər sakini Gülnar Mahmudova
Bakı şəhər sakini Gülnar Mahmudova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.