Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Riad Hüseynəliyev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəhid ailəsi olan Səmayə Cəfərova məktubunda müraciətinə həssas yanaşılaraq qısa müddətdə müsbət həll edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Azərbaycan polisinə minnətdarlığını ifadə edir, çətin və məsuliyyətli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Mahir Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Nazirliyə etdiyi elektron müraciətinə operativ reaksiya verildiyini qeyd edir. O, məsələyə obyektiv baxıldığını və zəruri tədbirlərin dərhal həyata keçirildiyini vurğulayır. 
Vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Qafil Mehdiyev

Bakı şəhər sakini Fərəh Abbasova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Əcnəbi vətəndaş Anju Sharma DİN-in “Instagram” səhifəsinə mesajında mobil telefonunu itirməsi barədə polisə müraciət etdiyini, polis əməkdaşları tərəfindən qısa müddətdə telefonunun tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Vətəndaş İsa Qələndərov məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Ayaz Zülfüqarbəyli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciəti ilə əlaqədar Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu bildirir. 
A.Zülfüqarbəyli vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını və polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirir.   

Bakı şəhər sakini Günel Babayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Abşeron Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmalarla müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və operativliyə görə Abşeron RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.