Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəki rayon sakinləri Eldar Zakirov və Gültər Musayeva müraciətlərinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Mingəçevir şəhər sakini Zakir Məmmədov təşəkkür məktubunda həyatına olan təhlükə ilə bağlı etdiyi müraciətin operativ araşdırılmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Könül Səmədova müraciətinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Laçın rayon sakini Nazir Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Faiq Mehdiyev itirdiyi mobil telefonun tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup Mingəçevir şəhər sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Möhübbət Hüseynov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Zaqatala rayon sakini Orxan Nurullayev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Sosial şəbəkə istifadəçisi Şəlalə Şahabalayeva üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal RPİ 27-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.