Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.01.2025 - Lənkəran rayon sakini Fərzulla Hüseynov
Lənkəran rayon sakini Fərzulla Hüseynov müraciətinin obyektiv şəkildə araşdırılmasına, vətəndaşlara qarşı xoş rəftara və nəzakətli davranışlara görə Masallı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
17.01.2025 - Vətəndaş Zibeydə Əsədova
Vətəndaş Zibeydə Əsədova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
17.01.2025 - Bakı şəhər sakini Səxavət Sultanov
Bakı şəhər sakini Səxavət Sultanov polis əməkdaşlarının belə nümunəvi xidmətinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə özü və qonşuları adından DİN rəhbərliyinə və Xəzər RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
17.01.2025 - Bakı şəhər sakini Elşad Abdullayev
Bakı şəhər sakini Elşad Abdullayev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, Nəsimi rayonu ərazisində itirdiyi noutboku ilə əlaqədar etdiyi müraciətinə qısa müddətdə baxıldığını və probleminin müsbət həll olunduğunu bildirir.
17.01.2025 - Sosial şəbəkə istifadəçisi olan Aynurə Əkbərova
Sosial şəbəkə istifadəçisi olan Aynurə Əkbərova mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.01.2025 - Bakı şəhər sakini Maksim Elizarov
Bakı şəhər sakini Maksim Elizarov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
16.01.2025 - Sosial şəbəkə istifadəçisi Zeynal Cəfərov
Sosial şəbəkə istifadəçisi Zeynal Cəfərov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin TŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
16.01.2025 - Xocavənd rayon sakini Peyman Şirinov
Xocavənd rayon sakini Peyman Şirinov əmək haqqının verilməməsi barədə müraciətinə operativ baxılaraq probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Beyləqan RPŞ-nin kollektivinə minnətdarlıq edir.
16.01.2025 - Bakı şəhər sakini Elçin Zeynalov
Bakı şəhər sakini Elçin Zeynalov probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Abşeron RPİ-nin İŞ-nin əməkdaşlarına təşəkkür edir.