Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Təbriz Məmmədli DİN-ə ünvanladığı məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini İlkin Rüstəmov DİN-ə ünvanladığı məktubda üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Şahbuz rayon sakini Məhəbbət Quliyev DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Avtosfer.az saytında Xəzər rayonu ərazisində bir nəfərin səhhəti pisləşdiyi üçün dərhal Xəzər rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının köməyə çatdığı vurğulanıb. Bunun üçün Azərbaycan polisinə təşəkkürlərini bildirirlər. 

Bakı şəhər sakini, Vətən müharibəsi qazisi olan Xaris  Nəsirov DİN-ə ünvanladığı məktubunda Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə, o cümlədən ona yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə İdarənin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Abşeron rayon sakini Fazil İsmayılov öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə özü və ailəsi adından polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Sumqayıt şəhər sakini Çiçək Aslanova teleqramında vətəndaş müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Ellada Cəlilova məktubunda müraciəti üzrə Yasamal Rayon Polis İdarəsində aparılan obyektiv araşdırma nəticəsində ona dəymiş maddi ziyanın tam ödətdirildiyini bildirir. E.Cəlilova vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, müraciətinin müsbət həll olunmasında göstərilən köməklik üçün Yasamal RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Vüsal Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Nərimanov rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə gələn polis əməkdaşları tərəfindən görülən tədbirlərə, eləcə də xoş rəftar və nəzakətli davranışlarına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına, avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə isə DİN rəhbərliyinə minnətdarlığını bildirir.