Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Şahin Qurbanlı teleqramında Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilməsinə, obyektiv araşdırmaya, dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə və müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş İsrail Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Naxçıvan Şəhər Polis İdarəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll edilərək dəymiş maddi ziyanın da ödətdirildiyini bildirir. İ.Quliyev vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə Naxçıvan MR DİN-in rəhbərliyinə, operativlik və obyektivlik üçün Naxçıvan ŞPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Ümid Hüseynzadə DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu yazır. Ü. Hüseynzadə müracətinə operativ baxılmasına görə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Rauf İsmayılov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini, Qarabağ qazisi olan Ceyhun Məmmədzadə Daxili İşlər Nazirliyinə ünvanladığı  məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Qax rayon sakini Zülfiyyə Həmzəyeva müraciətinin müsbət həll olunmasına görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qax rayon sakini Murad Camalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qobustan rayon sakini Elməddin Atakişiyev xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Qobustan RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şabran rayonu sakini Rövşən Əlməmmədov məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Şabran rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıq verildiyini və nəticədə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.