Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Murad Nəsirov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında baş vermiş oğurluq hadisəsi ilə bağlı Səbail RPİ-nin 9-cu Polis Bölməsi müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Bakı şəhər sakini Aynur Əsədli məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Asim Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, təhdid olunması ilə bağlı müraciətinə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən operativ baxıldığını qeyd edərək vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN-in rəhbərliyinə və Yasaml RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini İbrahim Rüstəmzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Tanımadığım şəxsin məni narahat etməsi ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət etmişdim. Müraciətimdən sonra məsələ öz həllini tapdığı üçün Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.

“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı DİN-in “Facebook” səhifəsinə ünvanladığı mesajında baxılması üçün yönləndirdiyi vətəndaş müraciətinin qısa müddət ərzində müsbət həllinə görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aynurə Səfərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobili təhlükəli idarə edərək piyada keçidi ilə hərəkət edən azyaşlıların həaytını riskə atan sürücü ilə bağlı müraciətinə operativ baxıldığını, həmin sürücünün qısa müddət ərzində məsuliyyətə cəlb edildiyinin qeyd edərək həssas münasibətə, göstərilən diqqətə görə Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elçin Namətov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həllinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ruhəngiz İmanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mobil telefonunu itirməsi ilə bağlı Metropolitenində Polis İdarəsinə müraciət etdiyini və polis əməkdaşları tərəfindən qısa müddətdə telefonunun tapılaraq ona təhvil verildiyini bildirirərək Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Teymur Zahidoğlu DİN-in “Facebook” səhifəsinə mesajında Daxili İşlər Nazirliyinə etdiyi müraciəti üzrə Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə, operativliyə və müraciətinin müsbət həll olunması ilə bağlı həyata keçirilən tədbirlər üçün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.