Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.02.2025 - Quba rayon sakini Ağababa Tarverdiyev
Quba rayon sakini Ağababa Tarverdiyev müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.02.2025 - Bakı şəhər sakini Kərim Kərimov
Bakı şəhər sakini Kərim Kərimov məktubunda özünün və yaşadığı binanın digər sakinlərinin qanunsuz parklanma ilə bağlı müraciətlərinə qısa müddət ərzində baxılaraq müvafiq tədbirlərin görülməsinə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.
25.02.2025 - Quba rayon sakini Qabil İsayev
Quba rayon sakini Qabil İsayev dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.02.2025 - Quba rayon sakini Mətləb Əyyubov
Quba rayon sakini Mətləb Əyyubov oğurlanan avtomobilinin qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.02.2025 - Saatlı rayon sakini Rəvanə Süleymanova
Saatlı rayon sakini Rəvanə Süleymanova DİN-ə ünvanladığı məktubunda etdiyi müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
25.02.2025 - Vətəndaş Samid Əmrəliyev
Vətəndaş Samid Əmrəliyev Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Hacıqabul RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
25.02.2025 - Bakı şəhər sakini Roman Mehtiyev
Bakı şəhər sakini Roman Mehtiyev DİN-ə ünvanladığı məktubunda müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əmədaşlarına təşəkkürünü bildirir.
25.02.2025 - Kəlbəcər rayon sakini Əlzamin Mamedov
Kəlbəcər rayon sakini Əlzamin Mamedov DİN-ə ünvanladığı mətubunda narkotiklə mübarizə istiqamətində həyata keçirilən səmərəli tədbirlərə görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əmədaşlarına minnətdarlıq edir.
25.02.2025 - Bərdə rayon sakini Orxan Yusifov
Bərdə rayon sakini Orxan Yusifov DİN-ə ünvanladığı mesajında göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Bərdə Regional Mühafizə Şöbəsinin əməkdaşlarına təşəkkür edir.