Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rauf Cəlalov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ona məxsus mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı Binəqədi Rayon İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. 
R.Cəlalov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə DİN-in rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Siminar Novruzov DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyini müraciətinə operativ baxıldığını, polis əməkdaşları tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir. O, müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Lənkəran rayon sakini Azər Əhədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ qaydada baxıldığı üçün minnətdarlığını bildirir.

Astara rayon sakini Nail Fərziyev məktubunda ictimai asayişin etibarlı təmin olunmasına, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına,obyektivliyə və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Habil Nuriyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin obyektiv şəkildə araşdırılmasına, məsələnin müsbət həllini tapmasına görə Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini İbrahim Mirzəyev məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Nüşabə Hüseynova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin edilməsinə görə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Bəhruz Əliyev məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilməsinə və məsələnin müsbət həll olunmasına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Lerik rayon sakini Yelmar Hümmətov məktubunda müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.