Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Emil Salehov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Zaur İsmayılov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aybəniz Zeynalova Daxili İşlər Nazirliyinə ünvanladığı  məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Ceyhun Yariyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu yazır. C.Yariyev müracətinə operativ baxılmasına görə Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Pərvanə Musayeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Mirsadiq Mirzəli DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu yazır. M. Mirzəli müracətinə operativ baxılmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakinləri – Ruslan Kərimov, Sevinc Nağıyeva, Azər Mürsəlov və Seymur Babayevin Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarında paytaxt ərazisində üzləşdikləri yol-nəqliyyat hadisələri ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən peşəkar, operativ və obyektiv araşdırma aparıldığını qeyd edərək məmnunluqlarının təmin edilməsinə görə DİN-in və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə, eləcə də əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Pakistan İslam Respublikasının vətəndaşı Abdur Rehman DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə dərin təşəkkürümü bildirirəm! İtirdiyim pulqabımı içindəki bütün sənədlərlə birlikdə tapan və onu poçt vasitəsilə mənə geri göndərmək zəhmətinə belə qatlanan əziz polis əməkdaşlarına sonsuz minnətdaram. Sizin dürüstlüyünüz, qayğınız və peşəkarlığınız günümü gözəlləşdirdi. Xidmətiniz üçün təşəkkür edirəm!”.

Bakı şəhər sakini Samir Məmmədzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində polis əməkdaşlarına uğurlar arzulayır.