Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Fərrux Kazımov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında övladının daxili işlər orqanlarında xidmətə qəbul edildiyini yazır. O, polis orqanlarında işləmək arzusunda olan gənclərin xidmətə qəbulu zamanı bütün proseslərin şəffaflıq və aşkarlıq prinsipləri əsasında reallaşdığının şahid olduğunu qeyd edərək yaradılan bu şəraitə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Araz Səmədov məktubunda müraciətinə həssas yanaşılmasına, həmçinin göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Yevlax rayon sakini Aysu Muradzadə DİN-in sosial şəbəkələrdəki səhifəsinə yazdığı mesajda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyinə və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Beyləqan rayon sakini Pərvin Həbibli DİN-ə ünvanladığı məktubunda müraciəti müsbət həll olunduğu üçün Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Yevlax rayon sakini Fidan Yusibova DİN-ə ünvanladığı məktubunda aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir. 

Yevlax rayon sakini Vilayət Feyziyev DİN-ə ünvanladığı mətubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyinə və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Neftçala rayon sakini Malik Rəcəbov DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Oktay Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Qadir Cəfərov müraciətinə həssas yanaşılmasına və probleminin müsbət həllini tapmasına görə Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.