Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Süsən Kərimova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin kollektivinə minnətdarlığını bildirir.

Vətəndaş Leyla Məmmədova Daxili İşlər Nazirliyinin “Instagram” sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında müraciətinə operativ baxıldığına və oğurlanmış motosikletin qısa zamanda tapılaraq təhvil verilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Azad Abdulov övladının itirdiyi mobil telefonunun peşəkarlıq nümaiş etdirilməklə qısa zamanda tapılaraq geri qaytarılmasına görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Jalə Əlizadə müraciətinə obyektiv baxılmasına və probleminin həllində ona göstərdikləri  köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Qədir Məlikov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə  minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Qeyyub Səfərov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Bayram Tahirov pulunun mənimsənilməsi ilə bağlı müraciətinə operativ baxıldığına və araşdırma aparılaraq məsələyə hüquqi qiymət verildiyinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Sevgi Əliyeva baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hüquq və vəzifələrinin izah olunmasında ona göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Sonaxanım Abiyeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 9-cu PB-nin kollektivinə minnətdarlığını bildirir.