Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.11.2024 - Hacıqabul rayon sakini Elşən Quliyev
Hacıqabul rayon sakini Elşən Quliyev DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
22.11.2024 - Bakı şəhər sakini Natiq Şərifov
Bakı şəhər sakini Natiq Şərifov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
22.11.2024 - Saatlı rayon sakini Rauf Eynullayev
Saatlı rayon sakini Rauf Eynullayev DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
22.11.2024 - Vətəndaş Coşqun Abdullayev
Vətəndaş Coşqun Abdullayev “Facebook” sosial şəbəkə hesabında paylaşdığı postda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Zərdab RPŞ-nin əməkdaşlarına təşəkkür edir.
22.11.2024 - Vətəndaş Sevinc Həmidova
Vətəndaş Sevinc Həmidova avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
22.11.2024 - Vətəndaş Məlahət Bayramova
Vətəndaş Məlahət Bayramova polis əməkdaşlarının belə nümunəvi xidmətinə, maarifləndirici tədbirlərinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin YPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.11.2024 - Bakı şəhər sakini Mahrux İsayev
Bakı şəhər sakini Mahrux İsayev vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.11.2024 - Vətəndaş Zəridə Cəbiyeva
Vətəndaş Zəridə Cəbiyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.11.2024 - Vətəndaş Sabina Əkbərova
Vətəndaş Sabina Əkbərova Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.