Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Fəridə Piriyeva “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında narahat edilməsi ilə bağlı müraciətinə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində operativ baxıldığını qeyd edir. F.Piriyeva vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN-in rəhbərliyinə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini İbrahim Novruzlu DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “28 may 2025-ci il tarixində paytaxtın Nərimanov rayonu ərazisində dostumun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə gələn təhqiqatçı tərəfindən hadisə yeri düzgün müayinə edilmiş və bizimlə gözəl rəftar olunmuşdur. Təhqiqatçının gözəl və səmimi münasibəti ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm”. 

Sumqayıt şəhər sakini Elyar Həsənov öz məktubunda belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə özü və ailəsi adından polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Rauf Tağıyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elnur Dövlətov məktubunda müraciəti üzrə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən obyektiv araşdırma aparıldığını, müvafiq tədbirlər görülərək müraciətinin müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Ordubad rayon sakini Səttar Rzayev teleqramında üzləşdiyi problemlə bağlı müraciətinə Ordubad Rayon Polis Şöbəsində operativ baxıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası DİN-in rəhbərliyinə, operativlik və obyektivlik üçün isə Ordubad RPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Səyavuş Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll edildiyini və ona dəymiş maddi ziyanın da ödətdirildiyini bildirir. S.Quliyev vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Əlizamin Vəlizadə DİN-in “Instagram” səhifəsinə mesajında tanışının üzləşdiyi dələduzluqla bağlı Nərimanov Rayon Polis İdarəsinə etdiyi müraciətinin obyektiv araşdırıldığını, müsbət həll olunaraq dəymiş ziyanın ödətdirildiyini yazır. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, müraciətin müsbət həll olunmasında göstərilən köməklik üçün Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Rəvan İbrahimli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində operativ baxılaraq müsbət həll olunduğunu qeyd edir. R.İbrahimli vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməklik üçün Xətai RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.