Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Gülşən Abdurəhmanova etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şəhid atası olan Quba rayon sakini Tahir Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssas yanaşıldığına, eləcə də göstərilən diqqət və qayğıya görə Xaçmaz RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Yaşar Beydullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şəhid atası olan Şabran rayon sakini Coşqun Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssas yanaşıldığına, eləcə də göstərilən diqqət və qayğıya görə Xaçmaz RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Könül Abbasova etdiyi müraciətinin qısa zamanda həll edilməsinə görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Quba RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Şəhid anası olan Xaçmaz rayon sakini Şahsoltan Əhmədova Xaçmaz RQİ və TBŞ-də olduğu zaman göstərilən diqqət, qayğıya  görə DİN rəhbərliyinə, eləcə də Xaçmaz RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Niftəli Niftəliyev etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Quba rayon sakini Gülyanaq Əhmədova müraciətinin obyektiv araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Pünar Əliməmmədova onlayn dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.