Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.06.2025 - Vətəndaş Gülnar Nəsirli
Vətəndaş Gülnar Nəsirli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2025 - Vətəndaş Zaur Bayramov
Vətəndaş Zaur Bayramov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının itməsi ilə bağlı polisə müraciət etdiyini və onun müraciətinə həssas yanaşılaraq itən əşyasının tapılaraq təhvil verilməsində göstərilən köməkliyə görə Binəqədi RPİ 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2025 - Bakı şəhər sakini Həsən Bilalov
Bakı şəhər sakini Həsən Bilalov DİN-ə ünvanladığı məktubda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2025 - Vətəndaş İlahə Həsənova
Vətəndaş İlahə Həsənova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Binəqədi RPİ 6-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2025 - Vətəndaş Şahin Fətəliyev
Vətəndaş Şahin Fətəliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə diqqətlə yanaşılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.06.2025 - Vətəndaş Rahidə Cumazadə
Vətəndaş Rahidə Cumazadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında çantasını itirməsilə bağlı polisə müraciət etdiyini və əməkdaşların operativliyi nəticəsində qısa müddətdə çantasının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.06.2025 - Vətəndaş Fərqanə Əliyeva
Vətəndaş Fərqanə Əliyeva məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbullarında müraciətlər üzrə müvafiq göstərişlərin verilməsinə, qaldırılan məsələlərin müsbət və operativ qaydada həll olunmasına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.
11.06.2025 - Biləsuvar rayon sakini Ramilə Əliyeva
Biləsuvar rayon sakini Ramilə Əliyeva məktubunda müraciətinə çevik reaksiya verilərək ona lazımi köməkliyin göstərilməsinə görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.06.2025 - Vətəndaş Ərəstun Soltanov
Vətəndaş Ərəstun Soltanov məktubunda Xəzər rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər Baş Polisi İdarəsinin Dövlət Yol Polisi İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını qeyd edir. O, obyektivliyə və operativliyə görə Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.