Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ülkər Novruzova taksi şirkətlərinin birində fəaliyyət göstərən sürücü tərəfindən təhqirə məruz qalması barədə polisə müraciət etdiyini, həmin şəxsin qısa müddət ərzində müəyyənləşdirilərək qanun çərçivəsində məsuliyyətə cəlb olunduğunu yazır. Hüquqlarının müdafiəsində, eləcə də qorunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Azad Əliyev günün 24 saatı gərgin xidmət aparan, yollarda təhlükəsizliyin təmin olunmasında fədakarlıq göstərən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının xidməti fəaliyyətini təqdir edir. O, başda DİN rəhbərliyi olmaqla Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şəhid övladı olan  Mirsadiq Həsənov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxılmasına, obyektiv araşdırma aparılmasına, səmimi qəbula, diqqət və qayğıya görə DİN rəhbərliyi başda olmaqla Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Vüsalə Əhmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nərmin Agçay DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Xəzər RPİ 3-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Goranboy rayon sakini Zöhrab Hüseynov müraciətinə operativ baxılaraq obyektiv araşdırılmasına və onu narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməkliyə görə Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Gəncə şəhər sakini Faiq Şabanov övladının xidmətə bərpa olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Paşa Sadiqov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Tovuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağstafa rayon sakini Şəfaqət Namazova şəxsiyyət vəsiqəsi problemi ilə bağlı etdiyi müraciətinin müsbət həllini tapmasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.