Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağsu rayon sakini Uğur Mustafayev müraciətinin müsbət həll olunmasına görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Yengibar Rəhimov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Sakit Qarmıqov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağsu rayon sakini Elmnaz Alşanova müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakinləri - Ramil Məmmədov və Valeh Sadıqov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətən Müharibəsi qazisi İlkin İbrahimli səhhəti ilə bağlı ona göstərilən diqqətə və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Ramiz İsgəndərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Sədərək Rayon Polis Şöbəsinə müraciət etdiyini qeyd edir. R.İsgəndərov vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Famil Zamanov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, Sədərək Rayon Polis Şöbəsinə ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Sədərək Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Firdovsi Vəliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, müraciəti ilə əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu bildirir. 
F.Vəliyev vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını və polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.