Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Ramil Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı müraciətinə operativ reaksiya verildiyinə, problemin müsbət həll olunmasında göstərilən köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Günel Ələkbərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Abuzər Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına və hüquqlarının ona izah edilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Vüsalə Nəciyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Pirani Vəliyev müraciətində polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına, görə Yol Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Sosial şəbəkə istifadəçisi Könül Əhmədzadə müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini Orxan Nağıyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Naxçıvan Muxtar Respublikasının DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Mehriban Axverdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Şirvan şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, eləcə də təhsil ocaqlarında mütəmadi olaraq keçirilən maarifləndirici görüşlərə görə başda DİN rəhbərliyi olmaqla Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq edir. 

Ağcabədi rayon sakini Sərvər Fərzəliyev DİN-ə ünvanladığı məktubunda göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.