Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.06.2025 - Bakı şəhər sakini Gülnar Mahmudova
Bakı şəhər sakini Gülnar Mahmudova məktubunda müraciəti üzrə həyata keçirilən tədbirlərə və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.06.2025 - Naxçıvan Muxtar Respublikası Şahbuz rayon sakini Vüsal Rzayev
Naxçıvan Muxtar Respublikası Şahbuz rayon sakini Vüsal Rzayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq həyata keçirilən tədbirlərə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.06.2025 - Bakı şəhər sakini Elman Həsənov
Bakı şəhər sakini Elman Həsənov məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.06.2025 - Vətəndaş Mənzər Dadaşova
Vətəndaş Mənzər Dadaşova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
12.06.2025 - Vətəndaş Adil İsmayılov
Vətəndaş Adil İsmayılov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.06.2025 - Vətəndaş Emil Sultanov
Vətəndaş Emil Sultanov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.06.2025 - Vətəndaş Leyla Əzizli
Vətəndaş Leyla Əzizli DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.06.2025 - Vətəndaş Gülməmməd Məmmədov
Vətəndaş Gülməmməd Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.06.2025 - Şahbuz şəhər sakini Aidə Rzayeva
Şahbuz şəhər sakini Aidə Rzayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN və Naxçıvan MR DİN rəhbərliyinə təşəkkürünü bildirir.