Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Nasif Əliyev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə dərhal reaksiya verilərək həyata keçirilən tədbirlərə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elşən Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinin müsbət həll olunmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Müşviq İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri xoş rəftar və nəzakətli davranışlara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Jurnalist Afət Yaqubova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O, gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rövşən Zeynalov məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini İlqar Şahbazov məktubunda müraciətinin müsbət həll olunmasına görə Nəsimi RPİ 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İlahə Babayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Bəxtiyar Rəsulov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini Əli İbrahimov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə göstərilən köməkliyə, həmçinin vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığına görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliyinə təşəkkürünü bildirir.