Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

“Modern Media Qrup”un rəhbəri Elşad Eyvazlı, ictimai fəal Elçin Əzəmov və bloqer Savalan İskəndərov “Facebook” sosial şəbəkə hesablarında Azərbaycan polisinə təşəkkür postları paylaşıblar. Onlar əlverişsiz hava şəraitində Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirərək ictimai asayişin yüksək səviyyədə qorunmasına, hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlərə və vətəndaşlara göstərilən köməklik, diqqət və qayğıya görə DİN-in rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Bakı şəhər sakini Flora Qocayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, 02.04.2025-ci il tarixində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmaya görə DİN-in və RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Biləsuvar rayon sakinləri Kəfayət Sarıxanova və Vüsalə Əlizadə DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında müraciətləri əsasında göstərilən köməyə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Turqut Zülfüqarlı DİN-in rəsmi “Instagram” səhifəsinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilməsinə görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini A.Paşayev sosial şəbəkədə dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müracətinin Rayon Polis Şöbəsində obyektiv şəkildə araşdırılmasına və dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.

Vətəndaş Poladxan Sərhəngov öz təşəkkür məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə görə Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Nəzakət Rüstəmova öz təşəkkür məktubunda xırdabuynuzlu heyvanlarını oğurlayan şəxsin aşkarlanaraq məsuliyyətə cəlb olunmasına görə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Seymur Zeynalov müraciəti ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə, göstərilən diqqətə və vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə təşəkkürünü bildirir.

Vətəndaş Nuranə Kərimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.