Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.04.2025 - Beyləqan rayon sakini Rəbani Məmmədov
Beyləqan rayon sakini Rəbani Məmmədov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkürünü bildirir.
25.04.2025 - Abşeron rayon sakini Ülvi Atayev
Abşeron rayon sakini Ülvi Atayev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
25.04.2025 - Sosial şəbəkə istifadəçisi Kənan Nərimanov
Sosial şəbəkə istifadəçisi Kənan Nərimanov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
25.04.2025 - Bakı şəhər sakini Qumru Əzizova
Bakı şəhər sakini Qumru Əzizova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.04.2025 - Beyləqan rayon sakini Zaur Məmmədov
Beyləqan rayon sakini Zaur Məmmədov müraciətində ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
25.04.2025 - Bakı şəhər sakini İntiqam Məmmədov
Bakı şəhər sakini İntiqam Məmmədov müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Səbail RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
25.04.2025 - Sosial şəbəkə istifadəçisi Elvin Vaqifli
Sosial şəbəkə istifadəçisi Elvin Vaqifli DİN-in “İnstagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı ərazidə xidmət aparan Yol Patrul Xidməti əməkdaşlarının ona müvafiq köməklik göstərdiklərini qeyd edərək Pirallahı RPİ-nin kollektivinə minnətdarlıq edir.
25.04.2025 - Vətəndaş Mirşua Həmzəyev
Vətəndaş Mirşua Həmzəyev oğurlanan əşyasının qısa müddətdə tapılaraq ona qaytarılmasında əməyi olan Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.04.2025 - Beyləqan rayon sakini Murad Nəcəfov
Beyləqan rayon sakini Murad Nəcəfov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.