Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.06.2025 - Vətəndaş Tofiq Mehtiyev
Vətəndaş Tofiq Mehtiyev öz məktubunda yol hərəkəti təhlükəsizliyinin etibarlı təmin olunması, sürücü və piyada intizamının artırılması, qəza hadisələrinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə görə Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.06.2025 - Vətəndaş Seymur Dadaşzadə
Vətəndaş Seymur Dadaşzadə öz məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə, rayon ərazisindəki yollarda hərəkətin təhlükəsizliyinin təmini istiqamətində görülən işlərə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.06.2025 - Vətəndaş Fikrət Ağasiyev
Vətəndaş Fikrət Ağasiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciəti üzrə aparılan obyektiv araşdırmalara görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.06.2025 - Şəhid ailəsi olan Xanəhməd Ağayev
Şəhid ailəsi olan Xanəhməd Ağayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müaciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərlə qısa müddətdə müsbət həll olunmasına görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.06.2025 - Vətəndaş Azər Rəhimov
Vətəndaş Azər Rəhimov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
30.06.2025 - Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dizə kənd sakini Aytən Rəhimova
Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dizə kənd sakini Aytən Rəhimova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Ordubad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.06.2025 - Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kənd sakini Kamal Rəhimov
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kənd sakini Kamal Rəhimov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.06.2025 - Vətəndaş Pərvin Qasımov
Vətəndaş Pərvin Qasımov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.06.2025 - Azərbaycan Triatlon Federasiyasının rəhbərliyi
Azərbaycan Triatlon Federasiyasının rəhbərliyindən Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə ünvanlanmış təşəkkür mesajında Federasiya tərəfindən yarışların keçirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan polisinə minnətdarlıq ifadə olunur.