Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.04.2025 - Bakı şəhər sakini Abbas Axundzadə
Bakı şəhər sakini Abbas Axundzadə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən diqqətə görə Nəsimi RPİ DYP kollektivinə təşəkkürünü bildirir.
25.04.2025 - Sabirabad rayon sakini Samir Bağırov
Sabirabad rayon sakini Samir Bağırov ünvanladığı məktubunda müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə DİN kollektivinə minnətdarlıq edir.
25.04.2025 - Beyləqan rayon sakini Şahmar Süleymanov
Beyləqan rayon sakini Şahmar Süleymanov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.04.2025 - Sosial şəbəkə istifadəçisi Hüseyn Hüseynov
Sosial şəbəkə istifadəçisi Hüseyn Hüseynov müraciətinə obyektiv baxılaraq probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
25.04.2025 - Şahbuz rayon sakini Gültəkin Ağəliyeva
Şahbuz rayon sakini Gültəkin Ağəliyeva aparılan araşdırmadan razılıq edir və ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
25.04.2025 - Vətəndaş Ağasəfər Mehtizadə
Vətəndaş Ağasəfər Mehtizadə ünvanladığı təşəkkür məktubunda Azərbaycan polisinin xidmətindən razılıq edir.
25.04.2025 - Sosial şəbəkə istifadəçisi Aksana İbrahimova
Sosial şəbəkə istifadəçisi Aksana İbrahimova itkin düşən atasının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
25.04.2025 - Vətəndaş Nübar Əliyeva
Vətəndaş Nübar Əliyeva müraciətinin obyektiv araşdırılmasına və pozulmuş hüquqlarının bərpa olunmasına görə İAQBMİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
25.04.2025 - Bakı şəhər sakini Aybəniz Rəhimova
Bakı şəhər sakini Aybəniz Rəhimova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin kollektivinə təşəkkür edir.