Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Calal Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Məleykə Süleymanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinin obyektiv araşdırılaraq müsbət həll edildiyini qeyd edir. O, göstərilən köməkliyə, həmçinin diqqət və qayğıya görə DİN-in rəhbərliyinə və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaşlar – Seyidsəlim Məcidov və Murad Musayev DİN-in “Instagram” səhifəsinə ünvanladıqları təşəkkür mesajlarında üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılmış araşdırmadan razı olduqlarını qeyd edərək obyektiv və ədalətli yanaşmaya görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürlərini bildirirlər.

Vətəndaş Həyat Eyvazova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nəsimi Rayon Polis İdarəsinə etdiyim müraciətlə bağlı mənə bütün lazımi köməkliklər göstərildi. Bu səbəblə, DİN-in rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Gəncə şəhər sakini Rauf Məmmədov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə təşəkürünü bildirir.

Vətəndaş Ramiz Həsənov DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Tərtər rayon sakini Rövşən Məmmədov müraciətində peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Polisinə  təşəkkürünü bildirir.

Yevlax rayon sakini Yaşar Novruzov müraciətinin müsbət həll edilməsinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.

Füzuli rayon sakini Şamil Hüseynov müraciətində polisin peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə DİN rəhbərliyinə  təşəkkürünü bildirir.