Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.08.2025 - Vətəndaş Rəşad Həmzəyev
Vətəndaş Rəşad Həmzəyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
19.08.2025 - Bakı şəhər sakini Murad Zaidov
Bakı şəhər sakini Murad Zaidov öz məktubunda itirdiyi cüzdanının tapılaraq ona təhvil verildiyini yazır və təşəkkürünü bildirir.
19.08.2025 - Masallı rayon sakini Tofiq Əsgərov
Masallı rayon sakini Tofiq Əsgərov müraciətinə operativ qaydada baxılmasına və ona dolğun cavab verilməsinə görə təşəkkürünü bildirir.
19.08.2025 - Naxçıvan şəhər sakini Ceyhun Seyidov
Naxçıvan şəhər sakini Ceyhun Seyidov öz məktubunda müraciətinə Naxçıvan Şəhər Polis İdarəsində operativ qaydada baxılaraq həll olunmasına görə təşəkkürünü bildirir.
19.08.2025 - Lənkəran rayon sakini Amid Əhmədov
Lənkəran rayon sakini Amid Əhmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə diqqətlə və həssaslıqla yanaşılmasına, obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
19.08.2025 - Bakı şəhər sakini Kamin Rəhmətov
Bakı şəhər sakini Kamin Rəhmətov müraciəti ilə əlaqədar olaraq Masallı Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, onu narahat edən məsələnin həlli istiqamətində lazımi köməkliyin göstərildiyini yazır və təşəkkürünü bildirir.
19.08.2025 - Cəlilabad rayon sakini Emil Heydərov
Cəlilabad rayon sakini Emil Heydərov öz məktubunda müraciətinin rayon polis şöbəsinin istintaq bölməsinə hərtərəfli araşdırılmasına, ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.
19.08.2025 - Vətəndaş Rəvan Teymurov
Vətəndaş Rəvan Teymurov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında idarə etdiyi avtomobilin iştirakı baş vermiş yol nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına, ona dəymiş maddi ziyanın ödənilməsi üçün lazımi köməkliyin göstərildiyinə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
19.08.2025 - Bakı şəhər sakinləri Həmid Rəhimov və Cavid Heybətov
Bakı şəhər sakinləri Həmid Rəhimov və Cavid Heybətov DİN-ə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, BBPİ DYPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.