Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.07.2025 - Gəncə şəhər sakini Vidadi Ələkbərov
Gəncə şəhər sakini Vidadi Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.07.2025 - Vətəndaşlar Lütfi Zamanov və Samirə Qasımova
Vətəndaşlar Lütfi Zamanov və Samirə Qasımova məktublarında müraciətlərinə operativ qaydada baxılmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
22.07.2025 - Sədərək rayon sakini Həcər İsmayılova
Sədərək rayon sakini Həcər İsmayılova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi oğurluq faktı ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə təşəkkür edir.
21.07.2025 - Vətəndaş Elmira Rzayeva
Vətəndaş Elmira Rzayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparıldığını və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunduğunu qeyd edir. O, müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
Elmira Rzayeva 2 İyul - Azərbaycan Polisi Günü münasibətilə Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətində uğurlar arzulayır.
21.07.2025 - Bakı şəhər sakini Qaley Allahverdiyev
Bakı şəhər sakini Qaley Allahverdiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Xəzər RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
21.07.2025 - Bakı şəhər sakini Pərviz Adiyev
Bakı şəhər sakini Pərviz Adiyev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, BBPİ DYPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
21.07.2025 - Vətəndaş Sevda Əliyeva
Vətəndaş Sevda Əliyeva Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq etdiyi müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
21.07.2025 - Vətəndaş Bakir Məmmədov və Sənan Xalıqzadə
Vətəndaş Bakir Məmmədov və Sənan Xalıqzadə Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajları yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.
21.07.2025 - Vətəndaş Lalə Minasazova
Vətəndaş Lalə Minasazova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.