Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Murad Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində olarkən Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarının vətəndaşlarla xoş rəftar və nəzakətli davranışının şahidi olduğunu qeyd edir və həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Səyriyyə Eyvazova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında  üzləşdiyi dələduzluqla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə etdiyi müraciətinin obyektiv araşdırıldığını və müsbət həll olunaraq dəymiş ziyanın ödətdirilməsinə də köməklik göstərildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aygün İsayeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Əfrasyat Babazadə məktubunda paytaxtın Xəzər rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər BPİ-nin DYPİ-də aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını yazır. O, obyektivliyə və operativliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, xidməti fəaliyyətlərində uğurlar arzulayır.

Pirallahı rayon sakini İlqar Kazımov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında 2 iyul-Azərbaycan Polisi Günü münasibətilə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarını və Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Murad Qədimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu bildirir. M.Qədimov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və operativliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Kamil Allahverdiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsində obyektiv araşdırma aparıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilmiş köməklik üçün Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Cəlilabad rayon sakini Əliqənbər Əliyev məktubunda müraciəti ilə əlaqədar Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Amid Əhmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin obyektiv şəkildə araşdırılmasına və ona lazımi köməkliyin göstərilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.