Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Fərhad Məmmədov DİN-ə ünvanladığı məktubda üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı aparılan araşdırmanın gedişatından razı olduğunu bildirərək  Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nəzakət Novruzova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Şahbuz rayon sakini Mübariz Alməmmədov DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Lalə Mərdanova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Nicat Əhmədov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında mobil telefonun oğurlanması ilə bağlı polisə müraciət etdiyini, qısa zaman ərzində araşdırılaraq əməli törətməkdə şübhəli bilinən şəxsin tapılaraq mobil telefonunun ona qaytarılmasında göstərilən diqqətə görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Xalidə Behbudova DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Səyyad Ağbabalı DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elmar Mansurov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Azər Zeynallı DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.